611
17:59
24 Oktyabr 2019

Qozlu, şokoladlı xurmanın hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla qozlu, şokoladlı xurmanın hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
500 qram xurma, 50-60 qram qoz, 30 qram kərə yağı, 2,5 bağlama şokolad.
Hazırlanma qaydası:
Qozları qovururuq və yarısını ovuruq. Ovduğumuz qozu bal ilə qatırıq. Xurmaların içinə yerləşəcək ölçüdə uzunsov formada düzəldirik. Sonra xurmaların içərisinə əlavə edirik. Xurmaların yarısına isə qovurulmuş bütöv qoz qoyuruq.
Bir qaba tünd qara şokoladları və kərə yağını əlavə edib ocaqda əridirik. Şokolad yaxşıca əridikdən sonra xurmaları şokoladın içinə əlavə edib, əvvəlcədən soyuducuda saxladığımız siniyə yerləşdiririk. Daha sonra soyuducuya qoyub 30 dəqiqə dondururuq. Hazır olan şokoladlı xurmanı süfrəyə servis edirik.
Nuş olsun!