
Bakıda yeni qəbiristanlıqlar salınır? - RƏSMİ AÇIQLAMA
“Yeni qəbiristanlıqların salınması məsələsi çoxdandır müzakirə edilir, amma gündəmdə deyil”.
Bu sözləri Lent.az-a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib. O bildirib ki, yeni qanunla qəbiristanlıqlar bələdiyyələrə verilir:
“Biz Bakı şəhərində 32 qəbiristanlığa nəzarət edirdik, artıq onlardan 13-ü bələdiyyələrə verilib. Digərlərinin isə bələdiyyələrə verilmə prosesi davam edir.
Ümumiyyətlə, şəhər mərkəzlərindəki qəbiristanlıqlarda sıxlıq var, ancaq Hövsanda, Buzovnada, Binəqədidə, eləcə də Mərdəkanda rahatlıqla qəbir yerləri tapmaq mümkündür.
Düşünürəm ki, şəhərdə yeni qəbiristanlıqlar salınmalıdır. Bununla isə bələdiyyələr məşğul olacaqlar. Belə ki, gələcəkdə bələdiyyələrin əlavə torpaqları olarsa, onlar yeni qəbiristanlıqlar sala bilərlər”.
S.Həsənov əlavə edib ki, qurum bələdiyyələrə qalan qəbiristanlıqları da təhvil verdikdən sonra, nəzarətində Fəxri Xiyabanlar və Şəhidlər Xiyabanı qalacaq.

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16