Müşfiqin qalmaqallı abidəsi ilə bağlı <span style="color:red;">YENİ XƏBƏR  - <span style="color:red;">FOTOLENT
16 oktyabr 2019 11:12 (UTC +04:00)

Müşfiqin qalmaqallı abidəsi ilə bağlı YENİ XƏBƏR - FOTOLENT

Bir müddət əvvəl sosial və yerli mediada Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsinin ekskavatorla aşırdılması müzakirələrə səbəb olmuşdu.
 
Xatırladaq ki, M.Müşfiqin heykəli yenisi ilə əvəzlənsə də açılışı baş tutmamış, eləcə də ətrafında gedən abadlıq işləri səbəbindən üzəri örtülü qalmışdı.
 
 
Lent.az məlumat verir ki, artıq abidənin açılışı baş tutub, ətrafı isə abadlaşdırılıb.
 
Qeyd edək ki, Mikayıl Müşfiqin sözügedən videosunu tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadə sosial şəbəkə hesabında paylaşmış, bundan sonra isə yerli və sosial mediada yayılmışdı. Müzakirələrdə isə abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğu qeyd edilmiş və etirazla qarşılanmışdı.
 
Həmçinin mövzu ilə bağlı saytımıza açıqlama verən Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirmişdi ki, abidə yararsız halda olduğu üçün ərazidən götürülüb və əvvəlki heykəlin içi boş olduğu üçün ekskavatorla aşırdılıb. Buna səbəb isə onu başqa cür götürməyin mümkünsüzlüyü olub.
 
Əlavə edək ki, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məsələ ilə bağlı qeyd etmişdi ki, büstün videogörüntülərdə əks olunduğu kimi götürülməsi nazirlik tərəfindən müsbət qarşılanmayıb:
 
“Təbii ki, o büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq videogörüntülərdə əks olunduğu kimi götürülməsi heç də təqdirəlayiq hal deyil. Çünki o büstü oradan başqa formada da götürə bilərdilər".

 

# 710
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar