Bakı-Sumqayıt qatarında ləngimə - <span style="color:red;">SƏBƏB
03 oktyabr 2019 10:58 (UTC +04:00)

Bakı-Sumqayıt qatarında ləngimə - SƏBƏB

Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.
 
Bu barədə Lent.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb:
 
"Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar