
“SpaceX” şirkəti Marsa uçuşlar üçün raket təqdim etdi - VİDEO
“SpaceX” şirkətinin sahibi İlon Mask Ay və ya Marsa və əks istiqamətdə ekipaj və yüklərin çatdırılması üçün nəzərdə tutulan “Starship” kosmik gəmisini təqdim edib.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, Texas ştatının cənubunda yerləşən “SpaceX” kosmodromundan canlı yayımda şirkət təsisçisi bildirib ki, kosmik gəmi əvvəlcə təxminən 20 km hündürlüyə qalxaraq kosmosda 1-2 ay qalacaq və sonra Yerə dönəcək.
İ.Maskın sözlərinə görə, kosmik səyahətlərin həyat qabiliyyətliliyi üçün kosmik gəmilərdən təkrar istifadə imkanı böyük əhəmiyyətə malikdir.
Şirkət yaradıcısının planına görə, 2025-ci ildə Marsa pilotlu missiya göndəriləcək. Yüz nəfərədək sərnişin tutumuna malik aparatın göyərtəsində 150 ton yük daşımaq mümkün olacaq. Bu, Ay və Marsda şəhərlər salmağa imkan verəcək.
“Starship” kosmik gəmisinin ilk sınaqlarının yaxın aylarda keçirilməsi nəzərdə tutulur.
Oxşar yazılar

Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 04:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29