Yer kürəsinin yaxınlığında QARA DƏLİYİN izləri aşkarlandı
Qəbul edilmiş nəzəriyyəyə əsasən hətta ulduzları belə udan qara dəliklər bir qayda olaraq Günəş sistemindən çox uzaqlarda yerləşirlər. Lakin qəbul olunmuş bu nəzəriyyə yaxın zamanda dəyişə bilər.
Lent.az “technote”a istinadən xəbər verir ki, ABŞ-dan və İngiltərədən olan fiziklərin fikirlərinə görə, bir neçə müddət bundan öncə astronomlar tərəfindən kəşf edilmiş X planeti əslində digər bir kosmik obyekt ola bilər.
Söhbət, qara dəlikdən gedir. Kəşf edilmiş X planetinin ölçüsü böyük olmasa da onun bizim qalaktikamıza təsiri artıq hiss olunandır.
Bu cür nəzəriyyə bir sıra müşahidələrə əsaslanır. Son bir neçə il ərzində alimlər Günəş ətrafında dövr edən transneptun obyektlərin orbitlərində qəribə anomaliyalar müşahidə ediblər. Həmin obyektlər ilə Günəş arasındakı məsafə Neptun ilə Günəş arasındakı məsafədən daha çoxdur. Hələ bir neçə müddət bundan öncə müşahidə edilmiş anomaliyalar böyük ölçülü planetin qravitasiya gücü ilə əlaqələndirilirdilər.
OGLE proqramı çərçivəsində alimlər 6 dəfə qravitasiya linzası hadisəsini müşahidə ediblər. Bu hadisə zamanı kosmik obyektin qravitasiya gücü sayəsində işıq təhrif (əyilmə) olunur. Bu cür effektin alınmasının səbəbi həm böyük ölçüyə sahib planetlər həm də ilkin qara dəliklər ola bilər.
Yüksək sıxlıqlı materiyadan yaranan ilkin qara dəlikləri alimlər kainatın genişlənməsi ilə əlaqələndirirlər. Günəş sistemi məhz bu cür qara dəliyi öz tabeliyinə götürə bilər. Astronomların fikirlərinə əsasən onun mövcudluğu isə sirli X planetinin müşahidəsinin mümkünsüzlüyünü izah edə bilər. Belə ki, boulinq şarından böyük olmayan qara dəliyin müşahidə olunmasında standart üsullar çalışmır. Bu nəzəriyyənin yoxlanılması üçün tədqiqatçılar sözügedən obyektin şüalanmasını qeydiyyata almağı planlaşdırırlar. Belə ki, həmin obyekt qara materiyanı udan zaman şüalanma buraxmalıdır.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22