<span style="color:red;">Moda ilə bağlı ipucları...   - Bunu hər bir qadın bilməlidi
27 sentyabr 2019 13:48 (UTC +04:00)

Moda ilə bağlı ipucları... - Bunu hər bir qadın bilməlidi

Xanımları ən çox narahat edən məsələlərdən biri də geyimlə bağlı doğru seçim etməkdir. 
 
Dəbli görünmək üçün bu dəfə sizi bir neçə geyim nümunələri ilə tanış edəcəyik.
 
Lent.az Türkiyə mətbuatına istinadən bu nümunələrdən bir neçəsini təqdim edir:
 
Şux görünmək brend geyinmək və ya bir neçə rəngləri qarışdırmaq deyil. Düzgün seçim edərək, kiçik detallarla zövqlü görünə bilərsiniz.
 
 
Məsələn, geyim seçərkən bədənin quruluşunu nəzərə almaq lazımdır. Belə ki, vücudunuzun qüsurlarını bilib, ona uyğun geyim seçsəniz, daha cazibədar görünüş əldə edərsiniz. 
 
 
Hətta iç geyim belə önəmli rol oynayır. Belə ki, sinəyə uyğun seçilmiş alt paltarı, həm sağlamlıq, həm də görünüş baxımdan vacibdir. 
 
 
Eyni zamanda qadınların daha çox istifadə etdiyi cins şalvarların, doğru seçilməsi həm sağlamlıq baxımdan önəmlidir, həm də ki, tərz olaraq gözəl görünər. 
 
 
Gəldik aksesuar seçimlərinə. Aksesuar istifadə etsəniz hətta sadə geyimdə belə daha şux görüntü əldə edə bilərsiniz.
 
 
Böyük yumru sırğa, cəlbedici bir boyunbağı və ya eynək zövqlü görünüş üçün kifayət edər. Amma onu da qeyd edək ki, sırğa seçərkən üz quruluşunu nəzərə almaq lazımdır.
 
Daha sonra qara rəng, qısa ətək sizi çox cazibədar göstərə bilər. Bu geyimi idman və ya dikdaban ayaqqabı ilə kombinə edə bilərsiniz.
 
 
Qeyd edək ki, son illərdə bir neçə rəngi birlikdə kombinə edib dəbli görünmək istəyən xanımlar da çoxdur. Lakin, rəngləri birlikdə istifadə edərkən düzgün seçim etmək lazımdır, əks halda xoşa gəlməyən görüntü ortaya çıxar.
 
 
Bəstə boy xanımlara gəldikdə isə üstündə şaquli zolaqlar olan geyimlərlə onlar boylarını daha uca göstərə bilərlər. Geyimdə olan üfüqi zolaqlar daha qısa göstərir.
 
 
Sonda onu da qeyd edək ki, nə qədər düzgün seçim etsəniz belə, özünüzə qarşı güvən hissi olmasa, mənfi enerji sizi yorğun və tükənmiş göstərəcək.
 
 
# 969
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar