
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Sentyabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35