1601
11:56
14 Sentyabr 2019

İlk dərs günü hava belə olacaq - PROQNOZ

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq.

Sentyabrın 15-də səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.

O bildirib ki, bazar günü paytaxt ərazisində mülayim şimal-şərq və cənub-şərq küləyi əsəcək, temperatur gecə 16-20, gündüz 24-27 dərəcə arasında dəyişəcək.

Həftənin 1-ci günü - sentyabrın 16-da isə hava şəraitinin küləkli olacağı ehtimal olunsa da, bu barədə daha dəqiq məlumat sentyabrın 15-də veriləcək.

Azərbaycanın bölgələrində də sentyabrın 14-15-də gündüz saatlarında əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Eyni zamanda, sabah səhər saatlarına ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi əsəscək. Temperatur Mərkəzi Aran rayonlarında gündüz 22-28, dağlıq ərazilərdə 9-14 dərəcə isti gözlənilir.