
Hava kəskin pisləşir - Nazirlikdən XƏBƏRDARLIQ
Avqustun 26-sı gündüz ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin avqustun 26-sı axşamdan 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.
Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı 1-9, Sədərəkdə 14 mm olub. Həftənin birinci yarısında hava şəraitini şimaldan hərəkət edən antisiklon təyin edəcək. Əksər rayonlarda havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında səhər və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən aşağı enəcək, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 21-26 dərəcə isti olacağı gözlənilir.
Həftənin son günlərində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən aşağı enəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti olacaq. Şərq küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında avqustun 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 29-33 dərəcə isti təşkil edəcək.
Həftənin son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək, arabir 18-23 m/s-dək güclənəcək. Hava nisbətən sərin olacaq, maksimal temperatur 23-25 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06