272
07:00
22 Avqust 2019

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

APA -nın məlumatına görə, ilk oyunlar çərçivəsində 21 matç keçiriləcək.

Bu qarşılaşmalardan 8-i Çempionlar yolunda baş tutacaq. Qitənin ən nüfuzlu klub turnirinin uğursuzları arasında olan Azərbaycan çempionu “Qarabağ” Şimali İrlandiyada “Linfild”lə görüşəcək.

Əsas yolda isə 13 görüş keçiriləcək. Türkiyə təmsilçisi “Trabzonspor” səfərdə Kipr klubu AEK-lə qarşılaşacaq.


Avropa Liqası

Pley-off mərhələsi

İlk oyunlar

22 avqust

Çempionlar yolu


18:00. "Astana" (Qazaxıstan) - BATE (Belarus)
19:00. "Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
21:00. "Suduva" (Litva) - "Ferensvaroş" (Macarstan)
21:30. "Ludoqorets" (Bolqarıstan) – “Maribor” (Sloveniya)
21:45. “Kopenhagen” (Danimarka) - "Riqa" (Latviya)
22:45. "Seltik" (Şotlandiya) - AIK (İsveç)
22:45. “Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan)
23:00. "Slovan" (Slovakiya) - PAOK (Yunanıstan)

Əsas yol

21:00. “Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail)
21:30. “Feyenoord” (Hollandiya) - “Hapoel Bier-Şeva” (İsrail)
22:00. “Legiya” (Polşa) - “Reyncers” (Şotlandiya)
22:00. AEK (Yunanıstan) - “Trabzonspor” (Türkiyə)
22:30. “Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya)
22:30. “Alkmaar” (Hollandiya) - “Antverpen” (Belçika)
22:30. "Styaua" (Rumıniya) - “Vitoriya” (Portuqaliya)
22:30. PSV (Hollandiya) - “Apollon” (Kipr)
22:30. “Gent” (Belçika) – “Riyeka” (Xorvatiya)
22:45. “Braqa” (Portuqaliya) - “Spartak” (Moskva, Rusiya)
23:00. “Torino” (İtaliya) - “Vulverhempton” (İngiltərə)
23:00. “Espanyol” (İspaniya) - Zarya” (Ukrayna)
23:00. “Partizan” (Serbiya) - “Molde” (Norveç)