Manaf Ağayevin qızı ikinci dəfə boşandı, qalmaqal yarandı
21 avqust 2019 20:40 (UTC +04:00)

Manaf Ağayevin qızı ikinci dəfə boşandı, qalmaqal yarandı

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.
 
Lent.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin kürəkəni bu gün keçmiş xanımı ilə Bakı Apelyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyirinə qərar çıxarıb.
 
İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini bildirib.
 
Müğənninin qızında psixi pozğunluq olduğunu qeyd edən qarşı tərəf Səmayənin səhhəti ilə bağlı olaraq övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib:
 
“Övladımız olmadığı üçün ayrılmışıq. Sadəcə şər, böhtan atırlar ki, niyə qızımı boşadın, niyə belə etdin? Hamısı əsassız iddialardır. İndi məni Apelyasiya Məhkəməsinə veriblər. Guya ki, mən elə-belə, boş yerə evlənmişəm. Deyirlər ki, onları aldatmışam. Aldığım qızılları Manaf Ağayevin qızı özü ilə aparmışdı. İndi də deyirlər ki, o qızıllar səndədir”.
 
İki il yarımdır ayrıldıqlarını bildirən Taleh, artıq 2 ildir ki, məhkəmələrdə qaldığını qeyd edib. Manaf Ağayevin keçmiş kürəkəni boşandıqdan sonra cehizlərini olduğu kimi ata evinə “yola salsa” da ondan bunun üçün 150 min manat tələb etdiklərini sözlərinə əlavə edib.
 
Vəkili isə Almaniyada işini-gücünü atıb, uzun zamandır məhkəmələrdə vaxt itirdiyi üçün Manaf Ağayevin ailəsindən 250 min manatlıq təzminat tələb etdiklərini bildirib:
 
“Taleh Hüseynovun bu vaxta qədər işlərinin arxasınca gedə bilməməsi və orada olan biznesi ilə məşğul olmamasına görə, itirdiyi vaxta və dəymiş maddi, mənəvi ziyana görə tərəfimizdən 250 min manatlıq bir təzminat davası açılıb və biz bunun arxasınca sonacan gedəcəyik”.
 
Qeyd edək ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi.
 
# 8007
avatar

Oxşar yazılar