
Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutuldu - RƏSMİ
Sumqayıtda törədilən qətllə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.
T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bislan Bakayev Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşıdır.
Oxşar yazılar

Şəmkirdə ağır qəza- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 11:53
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17