Rəqqasə Renka həmkarını məhkəməyə verir
28 iyun 2019 18:03 (UTC +04:00)

Rəqqasə Renka həmkarını məhkəməyə verir

Rəqqasə Renka və Aygün arasındakı mübahisə yenidən alovlanıb.
 
Lent.az-ın məlumatına görə, rəqqasə Elgiz Əkbərin “Səhər-Səhər” verilişində həmkarı Aygünün onun haqqında "məndən bir manat pul istəyirdi, acından ölürdü" sözlərinə sərt şəkildə cavab verib.
 
O, rəqqasə Aygün haqqında bu sözləri deyib:
 
“Mən heç vaxt o xanımdan pul istəməmişəm. Onun psixi problemləri var. Harada oturur məndən danışır. Keçmişini yaxşı bilirəm, ağzımı açsam onun üçün pis olar. O xanımı məhkəməyə verəcəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241

Oxşar yazılar