
Prezident İlham Əliyev bu dövlət başçılarını təbrik etdi
Prezident İlham Əliyev Litva Respublikasının yeni seçilmiş Prezidenti Gitanas Nausedanı təbrik edib.
ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Nauseda,
Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
Prezident həmçinin Latviya Respublikasının yeni seçilmiş Prezidenti Egils Levitsi də təbrik edib.
Təbrik məktubunda deyilir: “Hörmətli cənab Levits,
Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Latviya münasibətləri xoş ənənələrə malikdir. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16