<b>Brilliant Dadaşova: <span style="color:red;">"...qızına qarşı hücumlar olub"</b>
03 may 2019 14:17 (UTC +04:00)

Brilliant Dadaşova: "...qızına qarşı hücumlar olub"

Xalq artisti Brilliant Dadaşova instagram səhifəsində rusiyalı müğənni Alsu və Bakı yəhudisi Yan Abramovun qızı Mikellaya göstərilən münasibətə etirazını əks etdirən video paylaşıb.

 

Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə Mikella Abramovun iştirak etdiyi “Səs uşaqlar” yarışmasının qalibi olması müzakirə edilib. Məsələ ilə bağlı B.Dadaşova açıqlama yayıb: “Moskvada həmyerlimizin qızına qarşı hücumlar olub. Bu barədə bəzi azərbaycanlılarla danışdım. Uşaqlarımız çox həssasdır, biz onlara sahib çıxmalıyıq. Ümumiyyətlə, bizə qarşı olan bu cür haqsızlıqları anlaya bilmirəm. Biz çox ağır günlər yaşamışıq. Hər zaman həmvətənlərimizə, övladlarımıza sahib çıxmışıq. İnanıram ki, bu dəfə də bütün azərbaycanlılar balaca Mikellanı müdafiə edəcək. Mən bütün uşaqların çıxışlarını dinlədim. Onlar da yaxşı oxuyub, amma bizim qızımız daha yaxşı idi”.

 

Müğənni daha sonra bu sözləri əlavə edib: “Onlar moskvalı sayılmadığı üçün hətta tanınmış müğənnilərin çoxu onlara hücum edirlər. Bilirik ki, Yan Abramovun ailəsi azərbaycanlıdır. Onların mentaliteti də, tərbiyələri də Azərbaycan dəyərlərinə, ailəsinə uyğundur. Çox güman ki, səbəblərdən biri də elə budur. Onlara yad ölkədən gəlmiş insanlar kimi baxırlar və bu cür hücumlar edirlər”.

 

# 1076
avatar

Yalçın UĞUR

Oxşar yazılar