![[b]Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub[/b]](https://lent.az/storage/news/2019/april/09/big/104511b70da15e2aa2c234552496de0a.jpg)
[b]Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub[/b]
0
0
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.
Lent.az AZƏRTAC-s istinadla xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.
H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.
0
0