![[b]Atəşkəs rejimi 26 dəfə pozulub[/b]](https://lent.az/storage/news/2019/march/15/big/21f95963f2e72cbce98ab8e6333cf0ad.jpg)
[b]Atəşkəs rejimi 26 dəfə pozulub[/b]
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29