Avropa İttifaqı TANAP-a qrant ayırıb
01 avqust 2018 11:01 (UTC +04:00)

Avropa İttifaqı TANAP-a qrant ayırıb

Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48.4 milyon Avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Lent.az xəbər verir ki, qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya” işlərinə və eləcə də “çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5.044.394 avro qrant ayrılıb.

 

TANAP təbii qaz boru kəməri layihəsi CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc edib. Bu siyahıda 53 qaz infrastruktur layihəsi var. Xatırladaq ki, PCI statusuna malik layihələr 2014-2020-ci illər üçün büdcəsi 5.35 milyard avro olan “CEF Energy” fondunun maliyyə dəstəyindən yararlanmaq hüququna malikdirlər.

 

Xatırladaq ki, 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötüb. Ümumilikdə isə, TANAP və TAP layihələri çərçivəsində müxtəlif iş həcmlərinin maliyyələşdirilməsi üçün əldə olunmuş qrantların məbləği 30 milyon avroya yaxındır.

 

# 514
avatar

Oxşar yazılar