116
17:07
12 İyul 2018

Elmar Məmmədyarov və Zakir Həsənov amerikalı həmkarları ilə görüşüblər - YENİLƏNİB

NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziriElmar Məmmədyarovvə müdafiə naziriZakir HəsənovAmerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.

XİN-in mətbuat xidmətindən APA -ya verilən məlumata görə, görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov vəNATOyanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.


Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. NazirElmar MəmmədyarovNATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.


Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfiNATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.


E. Məmmədyarov həmkarına 11 iyul tarixindəATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

Xarici işlər naziriElmar Məmmədyarovvə müdafiə naziriZakir HəsənovABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.

***

15:58

Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovvə müdafiə naziriZakir HəsənovABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşüblər.

APA -nın “Azərtac”a istinadən verdiyi məlumata görə, görüş Brüsseldə baş tutub.