68
09:24
27 İyun 2018

Dövlət Departamentinin təmsilçisi Azərbaycana gələcək

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini AlisUels Azərbaycana gələcək.

APA -nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

Məlumata görə, A.Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq.

O, Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Səfər çərçivəsində ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşərək Azərbaycanın Əfqanıstan hökumətinə vəNATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına davamlı dəstəyinə görə təşəkkür edəcəyi bildirilir. Xanım Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək.

APA