<b>Fransa prezidenti Azərbaycana gələcək</b>
27 may 2018 13:56 (UTC +04:00)

Fransa prezidenti Azərbaycana gələcək

"Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bizim sıx əlaqələrimiz  var".



APA-nın xəbərinə görə, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

 

Fransalı nazir deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun  Azərbaycana səfəri gözlənilir: "Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi.  Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar