<span style="color:red;">Əməkdar artist:  "Nəvələrim mənə nənə demir" - <span style="color:red;">VİDEO
14 mart 2018 15:40 (UTC +04:00)

Əməkdar artist: "Nəvələrim mənə nənə demir" - VİDEO

 

Əməkdar artist Mətanət İsgəndərli nəvələrindən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, nəvələri ona nənə demir: “Əvvəllər uşaqlarım körpə olanda mənə deyirdilər ki, o gün olsun, qızın, oğlun üçün olsun. Əsəbiləşirdim. Mən düşünmürdüm ki, nənə olacam... Bu adla barışa bilmirdim. Allaha qurban olum, elə də oldu. İndi 3 nəvəm var, heç biri mənə nənə demir. Sanki onlar da hiss elədirlər ki, nənə demələrini istəmirəm. Böyük nəvəm mənə “çəpənçə” deyir. İlk nəvəm hələ dil açmamışdı, mən də həmin vaxt gəlib onu oynadanda “çəpənçə” dedim. O gündən mənə “çəpənçə” deyirlər. Qızım onlara gedəndə bibi deyirlər, dilləri bibi sözünə öyrəşdiyinə görə, arada mənə də bibi deyirlər”.

 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim Canan adlı xanımla evlidir. Cütlüyün bu evlilikdən Tuncay, Ruhlan, Mətanət adlı övladları var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar