Qəbul imtahanlarında 154 nəzarətçi qaydaları pozubmuş
19 dekabr 2012 10:14 (UTC +04:00)

Qəbul imtahanlarında 154 nəzarətçi qaydaları pozubmuş

Ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il qəbul kampaniyası başa çatdıqdan sonra qiymətləndirilir. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Cari ilin qəbul imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən qəbul imtahanlarına 4707 müəllim cəlb edilib, nümunəvi fəaliyyətinə görə 433 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 154 nəzarətçi bazadan xaric edilib.  

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri ilə tanış olmaq üçün nəzarətçi-müəllimlərin çalışdığı orta ümumtəhsil müəssisələrinə məktub ünvanlanıb. 

 

# 572
avatar

Oxşar yazılar