
Övladlığagötürmə ilə bağlı yeni sistem bu tarixdən başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılır.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.
Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.
Yeni elektron sistemin bu il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.
Oxşar yazılar

Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
26 fevral 2025 , 17:42
Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2025 , 17:01
Bu yerlərə qar yağır, 15 dərəcə şaxta var - FAKTİKİ HAVA
26 fevral 2025 , 14:46
Azərbaycandan gedənlər aeroprotda saxlanıldı, apardıqları məhsullar məhv edildi
26 fevral 2025 , 14:03
Bakının bu rayonu susuz qaldı - SƏBƏB
26 fevral 2025 , 13:44
Azərbaycan xalqı Xocalı şəhidlərini anır - FOTOLENT
26 fevral 2025 , 13:19
Sabah güclü qar yağacaq - HAVA PROQNOZU
26 fevral 2025 , 12:42