Misir Mərdanov: “Yenilikləri həyata keçirmək mümkün olacaq”
20 dekabr 2012 10:40 (UTC +04:00)

Misir Mərdanov: “Yenilikləri həyata keçirmək mümkün olacaq”

“Elm siyasəti haqqında” qanun layihəsində gənclərə elmi dərəcələrin verilməsi prosedurunun sadələşdirilməsi məsələsinin əksini tapması çox yaxşı olardı.

 APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu layihədə hazırda mövcud olan prosedurların yüngülləşdirilməsinə getmək lazımdır. Nazirin sözlərinə görə, əgər Milli Məclis Təhsil Nazirliyinin təkliflərini nəzərə alsa, bu yenilikləri həyata keçirmək mümkün olacaq.
 

“Biz deyirik ki, 30 yaşına qədər elmlər doktoru yoxdur. İndi bu işin səbəbləri öyrənilməli və dəqiqləşdirilməlidir ki, günahı 30 yaşına qədər olan gənclərdə, yoxsa bu prosedurun çətinliyindədir. Prosedurların sadələşdirilməsi məhdudiyyətlərin yüngülləşdirilməsindən ibarət ola bilər. Hər ixtisasın özünün tələbləri olur və bu tələbləri müəyyən qədər yüngülləşdirmək olar. Bunun da nəticəsində gənc alimlərin sayı arta bilər. Ancaq bu da keyfiyyətə ziyan vurmamaq şərti ilə edilməlidir”, - deyə o əlavə edib.

# 812

Oxşar yazılar