Bakı Təhsil İdarəsi: Biz məsuliyyət daşımırıq
19 dekabr 2012 11:28 (UTC +04:00)

Bakı Təhsil İdarəsi: Biz məsuliyyət daşımırıq

Yaxın zamanlarda məktəb bufetlərinin işi ilə bağlı standartlar qəbul olunacaq. Lent.az-ın məlumatına görə, qeyd olunan standarta uyğun olaraq bəzi məhsullar, o cümlədən çips, qazlaşdırmış içkilər və bunun kimi digər məhsullar bufetlərdən kənarlaşdırılacaq. Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, hazır olduqdan sonra standartların tətbiqinə başlanacaq.

 

Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məsələ ilə bağlı Lent.az-a deyib ki, məktəb bufetlərində çips və qazlaşdırılmış içkilərin satışına Bakı şəhər Təhsil İdarəsinin aidiyyatı yoxdur: “Respublikamızın bütün orta məktəb bufetlərini içki və yeyinti məhsulları ilə bir şirkət təmin edir. İstər Təhsil Nazirliyi, istərsə də Bakı Təhsil İdarəsinin buna qatışacağı yoxdur. Biz yalnız təhsilə nəzarət edirik”.

 

 

Təhsil İdarəsinin sektor müdiri onu da bildirib ki, bufetdə satılan məhsullarla bağlı hər hansı bir xoşagəlməz hadisəyə görə təhsil qurumları məsuliyyət daşımır: “Məsuliyyət həmin şirkətin üzərinə düşür. Bu mənada biz məsuliyyət daşımırıq”.

 

Z. Əliqızı tədris ilinin əvvəlində orta məktəblərdə dərsliklərlə bağlı yaranmış problemə də aydınlıq gətirib: “Bu il I sinfə gedən şagirdlərin sayının həddən artıq çox olması dərslik çatışmazlığı kimi problemin meydana çıxmasına səbəb olub. Sonradan nəşriyyatlarla danışıqlar aparıldı və əlavə dərs vəsaitləri çap olundu. Artıq şagirdlər bu kimi problem yaşamırlar”.

 

Anar Məcidzadə

# 993

Oxşar yazılar