“Article XlX” təşkilatının icraçı direktoru Azərbaycandan çıxarılacaq
19 dekabr 2012 16:26 (UTC +04:00)

“Article XlX” təşkilatının icraçı direktoru Azərbaycandan çıxarılacaq

Böyük Britaniyanın “Article XlX” təşkilatının icraçı direktoru və Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru Rebekka Vinsentin Azərbaycandan çıxarılacağı gözlənilir. Bu barədə “Olaylar” agentliyi məlumat yayıb.

 

Agentliyin verdiyi məlumata görə, neft şirkətlərinin birində çalışan həyat yoldaşının işi ilə bağlı Azərbaycana gələn Rebekka Vinsent son bir ildə Bakıda yaşayıb.

 

Lakin o, həm də fəal şəkildə ictimai-siyasi proseslərdə iştirak edir, müxtəlif xarici təşkilatlardan qrantlar alaraq fəaliyyət göstərir. Bundan başqa o, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu və dikər QHT-lərlə birgə işləyir. Rebekka Vinsent faktiki olaraq RATİ-nin ştatlı işçisi hesab olunur. Artıq Rebekka Vinsentin vizası ilə bağlı Xarici İşlər Nazirliyi və digər məsələlərlə əlaqədar Miqrasiya Xidməti araşdırmalara başlayıblar.

 

 

# 966
avatar

Oxşar yazılar