Xaçmazda 15-ə yaxın məscid qəzalı vəziyyətdədir
03 iyun 2010 15:45 (UTC +04:00)

Xaçmazda 15-ə yaxın məscid qəzalı vəziyyətdədir

Həmin ibadət evlərinin fəaliyyəti dayandırılıb

Xaçmaz rayonunda olan 79 məsciddən 15-ə yaxını qəzalı vəziyyətdədir. Bu barədə Lent.az-a Xaçmaz “Təzə Şəhər” məscidinin axundu Yaşar Rzayev məlumat verib. Onun sözlərinə görə, həmin ibadət evlərinin fəaliyyəti Xaçmaz rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən dini qurumlarla iş üzrə komissiyanın qərarı ilə dayandırılıb.

Yaşar Rzayevin sözlərinə görə, həmin məscid binalarının istismar müddəti bitdiyindən, onlar hər an uça bilər. İnsanların təhlükəsizliyini nəzərə alan komissiya həmin məscidlərin fəaliyyətinin dayandırılmasına qərar verib. Fəaliyyəti dayandırılan məscidlər əsasən kənd məscidləridir.

Həmin kənlərdə yeni məscid binalarının inşası üçün sakinlər dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət etməlidir.
# 444

Oxşar yazılar