Ali məktəblərə qəbul imtahanların vaxtı açıqlandı
07 aprel 2010 17:00 (UTC +04:00)

Ali məktəblərə qəbul imtahanların vaxtı açıqlandı

Lent.az-ın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 7-də keçirdiyi mətbuat konfransında məlumat verib. Hazırda 11-ci sinif şagirdi olanlar isə aprelin 30-dan mayın 31-dək sənəd verə bilər.

Qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı aprelin 30-dan mayın 31-dək keçiriləcək.

Əvvəlki illərdə olduğu kimi, bu il də rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verəcəklər. İmtahan iki mərhələdə keçiriləcək. Birinci mərhələ mayın 23-də, ikinci mərhələ isə iyunun 20-də keçiriləcək.

M.Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanının günlərini də açıqlayıb. III ixtisas qrupu üzrə imtahan iyulun 4-də, I qrup iyulun 11-də, IV qrup iyulun 17-də, II qrup üzrə isə iyulun 23-də keçiriləcək.

Orta ixtisas məktəblərinə ərizə qəbulu orta təhsil bazasından iyunun 28-dən iyulun 29-dək davam edəcək.

Elxan Salahov
# 1374

Oxşar yazılar