Lənkəran balıqçıları üzləşdikləri problemləri müzakirəyə çıxarıb
Mövcud probelmləri aradan qaldırmaq məqsədi ilə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində balıqçılarla görüş keçirilib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış şöbəsinin rəisi, sərhəd xidməti polkovniki Hacıəli Hacıəliyev bildirib ki, sənədləri qaydasında olan balıqçılar üçün dənizdə heç bir maneə yoxdur.
Görüşdə çıxış edən qəsəbə sakinləri balıq ovu ilə əlaqədar üzləşdikləri problemlərlə bağlı təkliflər irəli sürüblər.
H.Hacıəliyev balıqçılar tərəfindən qaldırılan məsələlərin nəzarətə götürüləcəyini və mövcud problemlərin aradan qaldırılacağını diqqətə çatdıraraq qeyd edib ki, balıq ovu ilə əlaqədar ümumi qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub və bütün balıqçılar bu qaydalara ciddi riayət etməyə borcludurlar: «Dənizə nəzarətsiz giriş-çıxış bir qayda olaraq qadağandır».
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəsəbədə yaşayan əhalinin əsas məşğuliyyətinin balıqçılıq olduğunu vurğulayaraq, sərhədçilərlə balıqçılar arasında qarşılıqlı anlaşmanın, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

Oxşar yazılar

Zəngin olmaq üçün doğulan BÜRCLƏR
23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
22 iyul 2025 , 18:19
Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq
22 iyul 2025 , 17:33
Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37