Azərbaycanda dönər standartı qəbul edildi
11 oktyabr 2012 16:17 (UTC +04:00)

Azərbaycanda dönər standartı qəbul edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli Əmri ilə “AZS 744-2012” “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilib.

Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər. Standarta əsasən hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.

Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir. Məsələn, resepturada 200 qram qeyd olunubsa ətin kütlə payı 100 qramdan az olmamalıdır. Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.

Standartda dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Personal “QOST 30524” tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.
# 4300

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10