Orta ixtisas təhsili müəssisələrinə imtahan verəcək abituriyentlərinə vacib xəbər
28 avqust 2012 13:45 (UTC +04:00)

Orta ixtisas təhsili müəssisələrinə imtahan verəcək abituriyentlərinə vacib xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, abituriyentlər avqustun 28-i saat 12:30-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.



Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı.



Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.
# 1911

Oxşar yazılar