Rezidenturaya hazırlaşanlar üçün ilk sınaq imtahanı keçirilir
25 avqust 2012 10:11 (UTC +04:00)

Rezidenturaya hazırlaşanlar üçün ilk sınaq imtahanı keçirilir

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet vasitəsi ilə qeydiyyatdan keçiblər. Sabah isə ixtisas fənlərindən rezidenturaya sınaq imtahanları keçirəcək.



Sınaq imtahanları Bakı şəhərində keçirilir. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.



Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq.



İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.
# 824

Oxşar yazılar