Silahlı Qüvvələrinmizin 96-cı ildönümü Tiflisdə qeyd edilib
24 iyun 2014 00:31 (UTC +04:00)

Silahlı Qüvvələrinmizin 96-cı ildönümü Tiflisdə qeyd edilib

İyunun 23-də Gürcüstan paytaxtı Tiflisdə Azərbaycan Silahlı Qüvvələri günü, Milli Ordumuzun yaranmasının 96 illiyi münasibətilə tədbir keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan müdafiə naziri İrakli Alasaniya, onun müavini Mişa Darçiaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanda akkreditə olunan hərbi attaşelər, deputatlar, Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, jurnalistlər iştirak edib.

 

Tədbirdə Azərbaycan və Gürcüstan dövlətlərinin himni səsləndirilib. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi İlham Əkbərov Milli Ordunun yaranmasının 96 illiyi münasibətilə çıxış edib. Hərbi attaşe prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda tərəfdaşları ilə birgə təhlükəsizliyi təmin etməyə qadir olduğunu bildirib.

 

Tədbirdə Azərbaycan Silahlı Qüvvələri haqqında film nümayiş etdirilib. Sonra qonaqlar üçün əlamətdar gün münasibətilə yemək süfrəsi təşkil olunub.

 

Gürcüstan Müdafiə Nazirinin müavini Mişa Darçiaşvili jurnalistlərə açıqlamasında nazirlik adından Azərbaycanın Silahlı Qüvvələr Gününü təbrik edib: “Fürsətdən istifadə edib dostlarımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, uğur və  nailiyyətlər arzulayıram. Bizim iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız genişlənir. Biz bu yaxınlarda hərbi sahədə üçtərəfli - Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı barədə razılaşma imzalayacağıq”-deyə, Gürcüstan müdafiə nazirinin müavini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar