Heydər Əsədov: “Büdcədə sosial xərclər azaldılmayıb, əksinə, 1,8% artırılıb”
10 noyabr 2009 16:30 (UTC +04:00)

Heydər Əsədov: “Büdcədə sosial xərclər azaldılmayıb, əksinə, 1,8% artırılıb”

“Hesablama Palatası hesab edir ki, 2010-cu il dövlət büdcəsinin layihəsi bütün tələblərə cavab verir”. Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisdəki çıxışında Hesablama Palatasının sədri Heydər Əsədov deyib. O, büdcədə bir sıra xərclərin azaldılması barədə məlumatlara münasibət açıqlayıb.

H.Əsədov deyib ki, yayılan məlumatlar doğru deyil: “Məsələn, sosial xərclər azaldılmayıb, əksinə, 2009-cu ilə nisbətən 1,8% artırılıb. Sosial təminat xərclərində də artım açıqca müşahidə olunur. Müdafiə xərcləri az da olsa artırmaq planlaşdırılıb, mən bununla bağlı rəqəm demək istəmirəm. İncəsənət, mədəniyyət, turizm və idman xərcləri dəyişməz olaraq qalıb. Müəyyən azalmalar təhsil, səhiyyə və digər xərclərdə olub ki, bu da 5-6% civarındadır. Onu da nəzərə almaq lazımdır ki, bunlar icraya nəzərən azalmalardır”.

Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar