Məcid Kərimov: “Azərkimya”da maaşlar gecikdirilmir
“Azərkimya” Dövlət Şirkətinin prezidenti, millət vəkili Məcid Kərimov rəhbərlik etdiyi müəssisənin əməkdaşlarının maaşlarının gecikdirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, M.Kərimov bu xəbərləri qəti şəkildə təkzib edib.
O, deyib ki, əvvəllər əməkhaqlarında kəsirlər olsa da, sonradan məsələ qaydasına salınıb. Şirkət rəhbəri “Azərkimya”nın 8 minə yaxın işçisinin olduğunu bildirib.
M.Kərimov, həmçinin yeni neft-kimya kompleksi tikildikdən sonra buraxılacaq kimya məhsullarının Azərbaycan ixracatının 20 faizini təşkil edəcəyini də vurğulayıb.
Pərvin ABBASOV

889