BTC ilə ötürülən neftin həcmi 100 milyon tonu keçdi
10 noyabr 2009 14:34 (UTC +04:00)

BTC ilə ötürülən neftin həcmi 100 milyon tonu keçdi

1,9 milyonunu tonu qazax nefti təşkil edib

2009-cu ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 3,2 milyon ton Azərbaycan nefti nəql olunub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında bu kəmərlə 30,5 milyon ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2009-cu ilin noyabr ayının 1-ə qədər BTC-yə 100,8 milyon ton neft vurulub. Bundan əlavə, 2009-cu ilin oktyabr ayında BTC kəməri vasitəsi ilə 187,3 min ton Qazaxıstan nefti ötürülüb.
Noyabr ayının 1-ə kimi isə, kəmərlə nəql olunan qazax neftinin ümumi həcmi təxminən 1,9 milyon ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar