Parlamentdə büdcə müzakirələri başlayır
Gələn ilin büdcəsində 2009-cu illə müqayisədə gəlirlərin 17,8 faiz, xərclərin isə 8,8 faiz azalması gözlənilir
Bu gün Milli Məclisinin plenar iclasında “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayacaq. Müzakirələr üç gün davam edəcək.
Lent.az-ın məlumatına görə, müzakirələr zamanı ən çox mübahisə predmeti olan neftin büdcədəki qiyməti ilə bağlı deputatların hazırladığı təkliflər də səsləndiriləcək. Millət vəkilləri həmçinin büdcə zərfinə daxil olan digər sənədlərə də münasibətlərini bildirəcəklər.
Xatırladaq ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar səviyyəsində nəzərdə tutulub. Büdcənin gəlirlər 12 milyard 177 milyon manat, xərclər isə 12 milyard 355 milyon manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8 faiz, xərclərin isə 8,8 faiz azalması gözlənilir.
Elxan SALAHOV

740