Bakıda bal sərgisi keçirilir
10 gün davam edəcək sərgi-yarmarkada balın bir kiloqramı 15 manata satılır
Bu gün Bakıda - Dənizkənarı Milli Parkda arıçılıq məhsullarının satışı və sərgisi yarmarkası başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi satış-yarmarka noyabrın 19-dək davam edəcək.
Lent.az-ın məlumatına görə, sayca səkkizinci olan tədbirdə ölkənin bütün bölgələrindən olan arıçılıq təsərrüfatları öz məhsullarını nümayiş etdirir. Sərgidə arı südündən tutmuş, baldan hazırlanan xüsusi kosmetik vasitələr, bərəmum, güləm kimi müalicəvi əhəmiyyətə malik arı məhsulları da nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Cahan Məmmədov bildirib ki, yarmarkaya 52 rayondan 500 arıçı qatılıb. Yarmarkanın davam edəcəyi 10 gün ərzində 500 tondan artıq balın satışa çıxarılacağı planlaşdırılıb. Onun sözlərinə görə, budəfəki arıçılıq sərgisi digərlərindən fərqlənəcək. Belə ki, burada satışa çıxarılacaq balların keyfiyyətinə laborator şəraitdə nəzarət ediləcək, yalnız baytarlıq laboratoriyasında analizdən keçirilən və sertifikat verilən ballar satışa çıxarılır. Balın keyfiyyətindən narahat olanlar üçün hətta qaynar xətt də fəaliyyət göstərəcək.
Budəfəki sərgi və yarmarkanın bir özəlliyi də ondadır ki, burada satışa çıxarılacaq balın bir kiloqramının qiyməti 15 manatdan yuxarı olmayacaq. Kənd Təsərrüfatı Nazirliyi bunun üçün sərgiyə qatılan arıçılıq təsərrüfatları qarşısında şərt qoyub.
Elxan SALAHOV

1833