Dünyanın telekommunikasiya nəhəngləri Bakıya gəlir
Sabah “Bakutel 2009” beynəlxalq sərgi və konfransı başlayır
Sabah Bakıda “Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları BakuTel 2009” Sərgisi və Konfransı başlayır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq
Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu il tədbir öz yubileyini qeyd edəcək. Artıq 15 ildir ki, sərgi rabitə və informasiya texnologiyaları sahəsinin peşəkar şəxslərinin ənənəvi görüş yerinə çevrilib.
Böyük Britaniyanın “ITE Group Plc” şirkəti və onun Azərbaycandakı tərəfdaşı ‘Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan bu sərgi nəinki Qafqaz və Xəzəryanı regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ən böyük hadisəsi, həmçinin Azərbaycanda biznesin inkişafı üçün bir platformadır.
Sərginin keçirilməsinə rəsmi dəstək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilir. Tədbir Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi, Rabitə sahəsində Regional Birlik, İKT və İnkişaf üzrə Qlobal Alyans (GAID) kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.
Artıq 15 ildir ki, “Ericsson”, “Nokia-Siemens Networks”, “Iskratel”, “Alcatel-Lucent”, “Huawei”, “Hewlett Packard”, “Gilat”, “Microsoft”, “Avirtel”, “Measat”, “Orbital” və digər şirkətlər bu sərginin iştirakçılarıdır.
“BakuTel-2009” sərgisində dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin iştirakı gözlənilir.
Sərginin daimi iştirakçıları, Azərbaycanın mobil operatorları – “Azercell”, “Azerfon”, “Bakcell”; telekommunikasiya və informasiya texnologiyaları şirkətləri “Aztelecom”, BTRIB, “Delta Telecom”, “Iskratel”, “Microsoft”, “Ultra”, “Nokia Siemens Networks”, “Caspel”, “Bestcomp Group”, “R.I.S.K.”, “Sinam”, “Smart Systems Technology” kimi şirkətlər ilə yanaşı, “ZTE Corporation” (Çin), “Caspian Navtel” (Azərbaycan), “Idrak Technology Transfer” (Azərbaycan), “Headtechnology” (Azərbaycan), “IT Solutions” (Azərbaycan), “Azedunet” (Azərbaycan), “Connect” (Azərbaycan), “Azlanit” (Böyük Britaniya-Azərbaycan), “Silverkey Azerbaijan” (ABŞ), “Pirelli Broadband Solutions” (İtaliya), “Özkabel” (Özbəkistan) və bir çox digər yeni şirkətlərin sərgidə iştirak edəcəyi gözlənilir. Ənənəvi olaraq, sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti iştirak edəcək, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkətinin də adı var.
Ümumilikdə, sərgidə telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, tele-radio-yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-biznes və e-hökumət sistemləri, “Wi-Fi” və digər simsiz rabitə texnologiyalarının internetə çıxışı nümayiş olunacaq.
Sərginin ikinci günü, 5 noyabr tarixində “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək. Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə və mobil rabitə sektorları, habelə ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Burada iştirakçılar müəssisələrin biznes proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş ən son həll variantları ilə tanış ola biləcəklər.
Konfransda aparıcı beynəlxalq və yerli informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin mütəxəssislərinin öz məruzələri ilə çıxışları gözlənilir. Onlar böyük məmnuniyyətlə iştirakçıları proqram təminatı və informasiya texnologiyaları sahəsində əldə edilmiş ən son nailiyyətlər ilə tanış edəcəklər. Konfrans səmərəli işgüzar mühit yaradacaq və burada telekommunikasiya və informasiya texnologiyaları bazarının ən mühüm problemlərini bilavasitə bu sektorun mütəxəssisləri ilə müzakirə etmək imkanı yaradılacaq.
Bundan əlavə, konfrans çərçivəsində tibb, eləcə də elektronika sahələrində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiyaların təşkili planlaşdırılır. Yaponiya və Türkiyənin tanınmış universitetlərinin alim və professorları, eləcə də Azərbaycan alimləri öz məruzələri ilə çıxış edəcək və böyük məmnuniyyətlə öz elmi əsərləri və araşdırmaları ilə bölüşəcəklər.

881