Kulevi Terminalında gəmi doğranır
26 oktyabr 2009 14:00 (UTC +04:00)

Kulevi Terminalında gəmi doğranır

“Skadovsk” gəmisinin giriş kanalından çıxarılmasına başlanıb

Ukraynaya məxsus, 2008-ci ilin oktyabr ayında Kulevi Qara Dəniz Terminalının giriş kanalında qəzaya uğramış “Skadovsk” gəmisinin hissə-hissə kəsilərək kanaldan çıxarılması mərhələlərlə həyata keçirilir.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günlərdə bu məqsədlə əraziyə yükqaldırıcı kran gətirilib və artıq gəminin böyük bir hissəsi kəsilərək sudan çıxarılıb.

Gəminin qalıqlarının çıxarılması işi davam etdirilir.
Qeyd etmək lazımdır ki, “Skadovsk”un sahibi qəzaya uğramış gəmisini çıxarmaqdan imtina etdikdən sonra Kulevi Neft Terminalı bu işi öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar