Gəncədə beynəlxalq konfrans keçirilir
15 may 2009 14:15 (UTC +04:00)

Gəncədə beynəlxalq konfrans keçirilir

Tədbir iki gün davam edəcək

Gəncədə beynəlxalq konfrans keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan tədbir kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri, müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsil modeli mövzularına həsr olunub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, 2 günlük konfransda kənd təsərrüfatı naziri İsmət Abbasov, Milli Məclisin Elm və Təhsil Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyev, təhsil nazirinin müavini İradə Hüseynova, ABŞ, Türkiyə Gürcüstan, Almaniya, Norveç, Rusiya və İranın ali məktəblərinin rektorları, kənd təsərrüfatı üzrə mütəxəsisləri, QHT nümayəndələri iştirak edir.

Kənd təsərrüfatı naziri İsmət Abbasov çıxış edərək ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün yaradılan şəraitdən, görüləcək işlərdən söz açıb. Təhsil nazirinin müavini İradə Hüseynova isə sözü gedən sahədə peşəkar kadrların yetişdirilməsi istiqamətində imkan və problemlərdən danışıb. Tədbirdə aqrar təhsil modeli, tədqiqatlar, müasir tələblər, maddi texniki bazanın yaxşılaşdırılmasının optimal variantları kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Konfrans sabah da davam edəcək.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar