Qayın yeznəsini bıçaqladı-AİLƏ DRAMI
15 sentyabr 2013 23:21 (UTC +04:00)

Qayın yeznəsini bıçaqladı-AİLƏ DRAMI

Bu gün Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhəri Tofiq İsmayılov 5, mənzil 11 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Cəbiyev Azər Cəmaləddin  oğlu bıçaqlanıb.

 

O, dərhal Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Xəsarət alan şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun xəsarəti daxilə nüfuz etmədiyindən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Siyəzən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Azər Cəbiyev qaynı Əmrulla  adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin  münaqişə zəmnində baş verdiyi bildirilir. Keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388

Oxşar yazılar