Azərbaycan Türkiyədən döyüş helikopteri ala bilər
18 noyabr 2013 10:34 (UTC +04:00)

Azərbaycan Türkiyədən döyüş helikopteri ala bilər

Azərbaycan Türkiyənin T-129 ATAK döyüş helikopterinə yaxından maraq göstərir.


 

Bu barədə APA-ya Türkiyədə helikopterin istehsalçısı olan TAİ şirkətindən məlumat verilib.

 

Şirkət yetkililərinin sözlərinə görə, Azərbaycan tərəfi Türkiyə Milli Müdafiə Nazirliyi vasitəsi ilə helikopterin qiymətlərini öyrənib: «İlkin olaraq bizdən 2 ədəd ATAK-ın qiyməti istənildi. Türkiyə Müdafiə Nazirliyi Azərbaycana ATAK-ın Türkiyə Silahlı Qüvvələrinə müəyyənləşdirilmiş qiymətini təqdim elədi».

 

APA-nın əldə etdiyi məlumata görə, Türkiyə tərəfi T-129 ATAK helikopterini 2014-cü ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində əyani nümayiş etdirmək niyyətindədir.  

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev TAİ-nin zavoduna gələrək burada ATAK helikopterləri ilə yaxından tanış olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar