Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki evlərin birindən kombi aparatı, su qızdırıcısı və televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Süleymanov saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşları dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini H.Məmmədovu saxlayıb.
- Ramazan ayının başlaması ilə bağlı fətva verildi
- Yol qəzalarının səbəbi maqnit qasırğalarıdır - Yol polisindən MÜRACİƏT
- Fevralın 13-ü hansı bürc üçün uğurlu olacaq? – Sizə elə bir şans veriləcək ki...
Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları noyabrın 12-də şəhər ərazisində 1 avtomobildən 100 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlayıb.