Bakıda maşın oğruları tutuldu
04 dekabr 2019 18:35 (UTC +04:00)

Bakıda maşın oğruları tutuldu


Bakıda maşın oğurlanıb.

Daxili İşlər Nazilriyinin  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin  “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061

Oxşar yazılar