Bakıda keçmiş məhkum beş evdən oğurluq etdi
05 dekabr 2019 11:22 (UTC +04:00)

Bakıda keçmiş məhkum beş evdən oğurluq etdi

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının apardığı araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.

Araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar