Bakıda bədbəxt hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə dünən gündüz saat 12 radələrində Biləcəri qəsəbəsindəki dəmiryolu stansiyasında qeydə alınıb. 33 yaşlı Talıbova Ramilə Teyyub qızı qatar vurması nəticəsində ciddi xəsarətlər alıb. Zərərçəkənin səhhəti yaxşı olmadığından onu dindirmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.