Axtarışda olan 36 nəfər saxlanıldı
05 dekabr 2019 11:27 (UTC +04:00)

Axtarışda olan 36 nəfər saxlanıldı


Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 20 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 36 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar